Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu - Ölən və yaralanan var

18-02-2020, 16:50           
Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu - Ölən və yaralanan var
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az "Report"a istinadən xəbər verir ki, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47 kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru