Amerikada tanınmış reper Pop Smok qətlə yetirilib.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı reperin Los-Ancelesdə yaşadığı evə basqın edilib. Silahlı şəxslər reperi güllələyərək öldürüblər.
Hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.