Bərdədə sürücü sükan arxasında öldü

20-02-2020, 02:21           
Bərdədə sürücü sükan arxasında öldü
Bərdə şəhərində sürücü sükan arxasında dünyasını dəyişib.

Teref.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Kərim Dadaşov "VAZ" markalı avtomobili idarə edən zaman sükan arxasında dünyasını dəyişib.

Nəticədə onun avtomobili piyadaların hərəkət hissəsində yerləşən beton parçasına dəyib.

Avtomobilə yüngül ziyan dəyib. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili və polis əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru