İtaliyada koronavirusa yoluxanların sayının artması hökuməti hərəkətə keçirib.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Baş nazir Cuzeppe Konte yoluxma halının çox olduğu Lombardiya və Veneto rayonlarına giriş-çıxışların bağlanması barədə göstəriş verib. Məlumata görə, hazırda 79 nəfərdə viusa yoluxma halı qeydə alınıb.
Hökumət başçısı bildirib ki, virusa qarşı mübarizə aparmaq üçün tədbirlər planı hazırlanıb.