İki azyaşlı uşaq anası və körpəsi öldü - Daha bir doğuş faciəsi

20-12-2015, 20:30           

Azərbaycanda ana və uşaq ölümü baş verib.


teref.az-nun APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 32 yaşlı
Cəbrayılova Leyla Bilal qızı Quba Mərkəzi Rayon Xəstəxanasının (MRX) Regional Perinatal Mərkəzinə gətirilib.


Doğuş zamanı vəziyyəti pisləşən L. Cəbrayılova ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb.


Quba MRX-nın baş həkiminin müavini Əliyar Sərvərov APA-ya bildirib ki, ölümü səbəbi hələlik məlum deyil, araşdırma aparılır.


Bu, L. Cəbrayılovanın 3-cü hamiləliyi olub. Onun iki azyaşlı övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru