COVID-19-dan da DƏHŞƏTLİSİ gəlir – Virusoloq XƏBƏRDARLIQ etdi

5-12-2020, 11:25           
COVID-19-dan da DƏHŞƏTLİSİ gəlir – Virusoloq XƏBƏRDARLIQ etdi
Çinin Uhan şəhərinin virusoloqu Şi Çjengli yeni koronavirus növlərinin yayılması barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Çinin cənub və cənub-qərb sərhədləri ətrafında yaşayan yarasaların yeni növ virusun daşıyıcısı olduğunu qeyd edib.

Çjenglinin sözlərinə görə, COVID-19-u yaradan SARS-CoV-2 koronavirusu ilə əlaqəli olan yeni koronavirus infeksiyası yalnız Çində deyil, Cənubi Asiya ölkələrində də axtarılmalıdır.

O, yeni koronanın yarasalardan digər heyvanlara keçə biləcəyini iddia etsə də, konkret ad çəkməyib.

Çinli alimin fikirlərinə Sidney Universitetinin virusoloqu, professor Eduard Holmes də şərik olub. Avstraliyalı alim yeni virusun uzun müddət qala biləcəyinə, daha təhlükəli olacağına inandığını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru