Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

16-01-2021, 11:14           
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Q.Murtuzəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, davam etdirilən tədbirlərlə işlədiyi avtomobil təmiri məntəqəsinə baxış keçirilən zaman isə sellofan torbada 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru