Küveytli müğənni islam dinindən imtina etdi

12-02-2021, 06:01           
Küveytli müğənni islam dinindən imtina etdi
Basma təxəllüsü ilə çıxış edən küveytli müğənni İbtisam Həmid dinini dəyişdiyini bəyan edib.

“EADaily” portalının məlumatına görə, o, islamdan imtina edərək yəhudiliyi qəbul etdiyini açıqlayıb.

İfaçı 15 saniyəlik videoçarxla pərəstişkarlarına müraciət edib.

Basma bu addımını ölkəsindəki özünüifadə və qadın hüquqlarının məhdudlaşdırılması ilə izah edib. O, həmçinin İsraillə münasibətlərin normallaşdırılması tərəfdarı olduğunu bildirib.

Müğənninin bu addımı sosial şəbəkələrin ərəbdilli auditoriyası arasında böyük narazılıqla qarşılanıb. İstifadəçilər onun həbs olunmasını tələb ediblər.

Qeyd edək ki, İbtisam Həmid Küveytdə yaşasa da, İraq vətəndaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru