Şuşada itən Livan ermənisi haqqında yeni məlumat yayıldı

13-02-2021, 14:06           
Şuşada itən Livan ermənisi haqqında yeni məlumat yayıldı
Ermənistan mətbuatı İkinci Qarabağ müharibəsi zamanı Şuşada itkin düşmüş livanlı Maral Nacaryan haqqında yeni məlumat yayıb.
Azvision.az xəbər verir ki, erməni KİV-ləri Azərbaycan qarşı döyüşlərdə iştirak edən qadının əsirlikdə olduğunu, onun xilas edilməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bildiriblər.

"Qırmızı Xaçın (BQXK) Livandan olan əməkdaşları Marala baş çəkiblər. Ailəsinə onun haqqında məlumat veriblər. Lakin Maral azadlığa çıxmayıb. Bu barədə Maralın bacısı Ani Nacaryan da bildirib", - deyə erməni saytları yazıb.

Qeyd edək ki, Livan vətəndaşı olan Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı döyüşmək üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra itkin düşməsi barədə xəbərlər yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru