“Report”un Aran bürosunun məlumatına görə hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlu qohumu tərəfindən güllələnib. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. M. Mirmövsümov cərrahiyyə şöbəsində əməliyyat olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.