Günahsız “günahkar” 34 ildən sonra azadlığa buraxılıb

27-06-2021, 11:35           
Günahsız “günahkar” 34 ildən sonra azadlığa buraxılıb
ABŞ-da məhkəmənin dərindən araşdırmadığı bir prosses səbəbindən qardərili bir kişi həyatının təqribən 34 ilini günahsız olaraq məhbəsdə keçirib. Belə ki, 1987-ci ilin dekabrında məhkəmə qətl hadisəsində şübhəli bildiyi 26 yaşında olan Curtis Croslanda hökm oxuyub

Qeyd edək ki, Croslanda hökm iki fırıldaqçı qadının ifadəsi əsasında çıxarılıb. Bir müddət sonra həmin fırıldaqçılardan biri vicdanı yol verməyib deyə, məhkəməyə gələrək ifadəsini geri götürüb. İkinci “şahid” qadın isə məhkəməyə belə gəlməyə “utanıb”.

Onu da bildirək ki, 34 il bundan əvvəl həbs edilən Curtis heç vaxt günahını boynuna almayıb. Amma buna baxmayaraq, həyatının 34 ilini həbsxanada keçirib.

Xatırladaq ki, bu günahızın həbsilə bağlı ABŞ-da yaşanan ilk hadisə deyil. Belə ki, bir müddət bundan əvvəl gənc yaşlarında günahsız olduğu halda həbs edilən bir amerikalı 68 illik həbsdən sonra sərbəst buraxılmışdı.sia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru