Daha bir kişi arvadını bıçaqladı 27-06-2021, 13:48 Daşkəsən rayonunda altı uşaq anası bıçaqlanıb.Manset.az xəbər verir ki, rayon sakini, 1970-ci il təvəllüdlü Zülfiyyə Məhərrəmovaya qarın nahiyəsindən bıçaq xəsarəti yetirilib.Araşdırma zamanı onun əri Ramiz Məhərrəmov tərəfindən bıçaqlandığı məlum olub.Faktla bağlı araşdırma davam etdirilir. Facebook-da paylaş