Hindistanda dünyanın ən təhlükəli viruslarından biri aşkarlandı

28-06-2021, 00:06           
Hindistanda dünyanın ən təhlükəli viruslarından biri aşkarlandı
Hindistanın Virusologiya Milli İnstitutunun alimləri yarasalarda “Nipax” (NiV) virusunu aşkarlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə ekspertizanın nəticələrinə istinadən “The Indian Express” bildirib.

Yarasalarda aşkarlanan virus insanda ağır xəstəliyə səbəb ola bilər. Bu xəstəlik üçün beyin damarlarının iltihabı (ensefalit) və ya respirator xəstəliklər xarakterikdir. O, insanlara xəstələnən heyvanın ağız suyunun düşdüyü meyvələr vasitəsilə ötürülür. Virus olduqca yoluxucudur, onun vaksinləri və ya dərmanları yoxdur. “Nipax”a yoluxan insanlar arasında ölüm səviyyəsi 40-75 faiz təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı “Nipax”ı dünyanın ən təhlükəli vuruslarındən biri adlandırıb. O, ilk dəfə 2001 və 2007-ci illərdə Hindistanın Qərbi Benqaliya ştatında qeydə alınıb. Virus sonralar daha iki dəfə – 2018 və 2019-cu illərdə Kerala ştatında da aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru