Azərbaycanda ana və iki övladı dəm qazından zəhərlənib 30-06-2021, 10:47 Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərləniblər.Onlar xəstəxanaya çatdırılıb və vəziyyətləri normaldır.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş