“10 məhkəmə hakiminin kabinetinə gizli dinləmə qurğuları yerləşdirilib...” - SKANDAL

1-07-2021, 16:29           
“10 məhkəmə hakiminin kabinetinə gizli dinləmə qurğuları yerləşdirilib...” - SKANDAL
Ermənistan Məhkəmə Departamenti ətrafındakı cinayət araşdırmaları tarixində yeni qalmaqallı detallar meydana çıxıb.

Moderator.az xəbər verir ki, bu haqda qəsbkar ölkənin “Johovurd” qəzeti yazır.

Bundan əvvəl Ermənistan Dövlət Nəzarəti Xidmətinin Məhkəmə Departamenti aparatında bir sıra qanun pozuntularını aşkar etdiyi və nəticədə sənəd saxtakarlığı, dələduzluq, vəzifə saxtakarlığı və dövlətə zərər vurmuş vəzifə səlahiyyətlərindən sui-istifadə səbəbləri ilə cinayət işləri başlandığı bildirilmişdi.

Qəzet bu dəfə 10 hakimin kabinetinə “böcək”lərin - gizli dinləmə cihazlarının quraşdırıldığını və Departament rəhbəri Karen Poladyanın bunu bildiyini qeyd edib.

Telefon danışıqları dinlənilən hakimlər Robert Papoyan, Nelli Bağdasaryan, Anna Danibekyan, Serjik Avetisyan, Tiqran Poladyan, Gevorq Narimanyan, Vazgen Rştuni, Mxitar Papoyan, David Qriqoryan və Manuk Markaryan olub.

Bu hakimlərdən bəziləri qalmaqallı işləri araşdırıb. Məsələn, Anna Danibekyan və David Qriqoryan bir müddət terrorçu ikinci prezident Robert Köçəryanın cinayət işi üzrə məhkəmə prosesini aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru