DƏHŞƏT: 10 yaşlı qız qocalıqdan öldü - FOTO

2-07-2021, 09:07           
DƏHŞƏT: 10 yaşlı qız qocalıqdan öldü - FOTO
Ukraynanın Vinnisk əyalətinin 10 yaşlı sakini İra Ximiç qocalıqdan ölüb.

Teref.az xəbər verir ki, uşağın ölümü barədə onun anası özünün feysbukdakı səhifəsində bildirib.

"İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim bağışla ki, bu dəfə səni xilas edə bilmədik", - qadın sosial şəbəkədəki hesabında yazıb.

Qız proqeriya - nadir sağalmaz genetik xəstəlikdən əziyyət çəkib. Xəstəlik həmçinin Hatçinson-Qilfor sindromu kimi məşhurdur.

Bu xəstəlikdən əziyyət çəkən insanlarda orqanizmin vaxtından əvvəl qocalması ilə şərtlənən dərinin və daxili orqanların dəyişiklikləri baş verir. Körpə bir neçə ay normal inkişaf edir, amma sonra onun qocalması prosesi dəfələrlə sürətlənir.

Hərçənd uşaq proqeriyası anadangəlmə də ola bilər, adətən onların əksəriyyətində kliniki əlamətlər iki-üç yaşda ortaya çıxır. Uşağın fiziki artımı kəskin yubanır, dəri nazikləşir, quru olur və qırışır. ("Report")













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru