DƏHŞƏTLİ QƏTL: Cəsədi parçaladılar, başını və ayaqlarını... - FOTO

4-07-2021, 10:33           
DƏHŞƏTLİ QƏTL:
Türkiyənin Hatay vilayətində təsadüf nəticəsində dəhşətli qətlin izləri tapılıb.

Publika.az DHA-ya istinadla xəbər verir ki, vilayətin Altınözü rayonunda, meşəlik ərazidə qazıntı işi aparan vətandaşlar qazma alətlərinin sərt cismə dəydiyini hiss ediblər.

Vahiməyə düşən vətəndaşlar dərhal Jandarmaya xəbər veriblər.

Hadisə yerinə göndərilən qüvvələr qazantı işini davam etdiriblər. Bu zaman quyunun içində kişiyə aid olan baş və ayaqlar aşkarlayıblar.

Meşədə ətraflı axtarış aparan Jandarma qüvvələri qətlə yetirilən insanın bədənin digər parçalarını tapa bilməyiblər.

Baş və ayaqlar yarılma üçün Ədliyyə Tibb İnstitutuna göndərilib.

Jandarma hadisə ilə əlaqədar istintaq başladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru