“Dua edirəm ki, arvadım məndən bir saat əvvəl ölsün”

10-07-2021, 07:39           
“Dua edirəm ki, arvadım məndən bir saat əvvəl ölsün”
Müğənni Yusif Mustafayev “Günün sədası” proqramında qonaq olub.

O, ailəsi haqda danışıb:
“Qızımın toyu 2001-ci ildə olub. Ondan yeddi il sonra böyük oğluma, 2013-cü ildə isə kiçik oğluma toy elədim. Toyda kim nə qədər pul yazdırıbsa, hamısı dəftərdə qeyd olunub. Dəftərləri saxlamışam, baxıram. Məsələn, bir dostum oğlumun toyunda 10 min dollar pul salıb. Mən də getdim onun balasının toyuna 10 min manat yazıldım. Həmin pulları yığdım oğlumun evini tikdim”.
Müğənninin həmkarı, qayını Elçin Hüseynov isə onunla bağlı maraqlı bir faktdan söz açıb:
“Y.Mustafayev öz toyunda ot tayasını yandırıb”.
Sənətçi hadisə haqda bu sözləri deyib:
“Qız toyu idi. Bəyi məclisə qoymurdular. Getdim toya baxmağa yer tapa bilmirdim. Ot tayasının üstə çıxdım. Birdən yalandan dedilər ki, ay camaat taya yanır. Qayınatam bilməsin deyə tayadan tullandım. İyirmi üç yaşımda evlənmişəm. Təmtəraqla toy elədim, gəlini evə gətirdim. Dedilər, qızın 17 yaşı var, səni tutarlar. Məni o yandırır ki, onu bir il sonra gətirdim. Dua edirəm ki, həyat yoldaşım məndən bir saat əvvəl ölsün. Allah məni ondan ayırmasın. İkimiz də qısqancıq. Evimə gələn qonaqların çoxu ailəmi görməyib”.Sherg.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.