Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.

10-07-2021, 07:44           
Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.
Teref.az APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini, 1991-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb.

V.Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru