Sabirabadda qadını zorlayanlar həbs edildi

14-07-2021, 09:03           
Sabirabadda qadını zorlayanlar həbs edildi
Bu il iyunun 12-də saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

"Report"un Sabirabad Rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru