Xəzər dənizinin sahilində kişi meyiti tapılıb

15-07-2021, 10:16           
Xəzər dənizinin sahilində kişi meyiti tapılıb
Pirallahı rayonu Dübəndi bağlar massivində Xəzər dənizinin sahilində 40-50 yaşlarında naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onun Xəzər dənizinin nəzarətsiz zonasında çimərkən boğulduğu ehtimal edilir. Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr və gözlərinin rəngi qəhvəyidir.

Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru