Rusiyalı qadın Türkiyədə maşın altında qalıb öldü

19-07-2021, 07:29           
Rusiyalı qadın Türkiyədə maşın altında qalıb öldü
Türkiyədə yol nəqliyyat hadisəsi nəticəsində rusiyalı qadın ölüb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə İsmirdəki Atatürk parkında baş verib. Avtomobil əslən Yekaterinburqdan olan, lakin ailə həyatı quraraq, xeyli müddətdir Türkiyədə yaşayan Svetlana Akına çırpılıb.

Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Aldığı çoxsaylı xəsarətlər səbəbindən rusiyalı xanım həlak olub.

Faktla bağlı cinayət işi açılıb. Qəza törədən avtomobilin sürücüsü artıq saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru