Yaponiyanın şımalında zəlzələ olub

26-07-2021, 07:39           
Yaponiyanın şımalında zəlzələ olub
Yaponiyanın şimalında 5.1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli meteoroloji idarəsi xəbər yayıb.

Zəlzələnin episentri Aomori prefekturasında yerləşib, ocağı 70 km dərinlikdə olub.

İtkilər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. Olimpiya oyunlarının keçirildiyi Tokioda yeraltı təkanlar hiss olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru