Ermənistanda zəlzələ oldu

29-07-2021, 22:47           
Ermənistanda zəlzələ oldu
Ermənistanın Geqarkunik vilayətinin Şorj kəndi yaxınlığında 3.6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yeraltı təkanlar saat 21:10-da qeydə alınıb. Zəlzələnin episentri kənddən 3 km şimal-şərqdə yerləşib. Yerin 10 km dərinliyində qeydə alınan zəlzələ ocağında yeraltı təkanların gücü 4-5 bal təşkil edib.

Zəlzələ Sevan, Qavar, Çəmbərək şəhərləri və Şohakat kəndində 3-4 bal gücündə, Kotayk vilayətinin Abovyan şəhərində, Tavuş vilayətinin Ayqedzor kəndində isə 2 bal gücündə hiss olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru