​Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 YARALI

3-08-2021, 06:48           
​Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 YARALI
Bakının Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az Musavat.com-a istinadən xəbər verir ki, təcili yardım maşını ilə "Opel" markalı avtomobil toqquşub.

Qəza nəticəsində təcili yardım maşınının sürücüsü və təcili yardımın iki xanım əməkdaşı yaralanıb. "Opel" markalı avtomobildə olan üç nəfərin isə daha ağır xəsarətlər aldığı bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Opel" markalı avtomobilin yanlış manevr etməsi olub. Belə ki, "Opel" markalı avtomobilin sürücüsü qoşa xəttdən yolun əks istiqamətinə dönmək istəyən zaman sürətlə gələn təcili tibbi yardım maşını ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru