Azərbaycanda qadın ərinə əsəbləşdi - Qayınatasını yandırdı 6-08-2021, 16:15 Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.Dia.az Oxu.Az-a istinadən xəbər verir ki, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o yanıq xəsarəti alıb.Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, hadisədə qəsd yoxdur”. Facebook-da paylaş