Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 16:25-dən 20:30-dək fasilələrlə Basarkeçər rayonunun Aşağı Zağalı, Zərkənd və Çəmbərək rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığı, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilir.
Azərbaycan və Ermənistan tərəf son günlər mövqelərinin atəşə tutulması haqda məlumat yayır və baş verənlərdə bir-birini suçlayır.