Kəlbəcərdə maşın yoldan çıxıb aşdı - yaralılar var

15-08-2021, 10:37           
Kəlbəcərdə maşın yoldan çıxıb aşdı - yaralılar var
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az xəbər verir ki, rayonun ərazisində hərəkətə olan "NİVA” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə, minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru