DSX zabiti qarət olundu... 16-08-2021, 16:01 Paytaxtın Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.Hadisə avqustun 14-ü Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, dayanacaqda dayanan qəsəbə sakini Elnur Yusifova məxsus içərisində hərbi forma, xidmət vəsiqəsi və sənədlər olan 2 ədəd çanta oğurlanıb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, E. Yusifov Dövlət Sərhəd Xidmətinin leytenantıdır. Facebook-da paylaş