Yanğınsöndürənlər anasını itirmiş ayı balasını xilas etməyə çalışır - FOTO

18-08-2021, 07:37           
Yanğınsöndürənlər anasını itirmiş ayı balasını xilas etməyə çalışır - FOTO
ABŞ-da yanğınsöndürənlər Kaliforniyanın şimalında baş vermiş meşə yanğınında anasını itirmiş ayı balasının izinə düşüblər.

Bu barədə NPR radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, ayı balası Teylorsvill qəsəbəsi yaxınlığında küllə örtülmüş dağ yolunda tək gəzir.

Yanğınsöndürənlər onlardan qaçaraq gizlənən ayı balasını hələ yaxalaya bilməyib.

Ərazidə çalışan yanğınsöndürənlər artıq bir neçə gündür ayını izlədiklərini bildiriblər.

Ayı balasının xilasına heyvan hüquqları müdafiəçilərindən ibarət qrup da qoşulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru