Timsah uşaqların gözü qarşısında təlimçiyə hücum etdi - VİDEO

18-08-2021, 10:32           
Timsah uşaqların gözü qarşısında təlimçiyə hücum etdi - VİDEO
ABŞ-da Sürünənlər və Lələklilər mərkəzində bədbəxt hadisə baş verib. Belə ki, timsah uşaq ziyarətçilərin gözü qarşısında işçiyə hücum edib.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları təqdim edib.

Məlumata görə, hadisə vaxtı işçi qonaqlara timsahı göstərirdi. Bir anda timsah onu tutaraq suya sürükləyib. Yetkin ziyarətçilər dərhal qızı xilas etməyə çalışıblar: onlardan biri qəfəsə girib, digəri qızın çıxmasına kömək edib.

Bildirilir ki, heç kim ciddi xəsarət almayıb. Mərkəz əməkdaşı əlindən yaralansa da, həkimlər onun tezliklə sağalacağını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru