Bakıda yolun ortasında video çəkən qızlar qəzaya səbəb oldu - VİDEO

19-08-2021, 13:23           
Bakıda yolun ortasında video çəkən qızlar qəzaya səbəb oldu - VİDEO
Yolun ortasında telefonla video çəkən qızlar sürücüləri çaşdıraraq qəzaya səbəb olublar. Avtosfer.az bildirir ki, hadisə paytaxt küçələrindən birində baş verib. İki xanım yolun kənarında avtomobilini saxlayaraq arxa kapota qoyduqları telefonla mahnı oxuyub video çəkiblər. Onların bu əyləncəli halları yoldan keçən sürücülərin diqqətini yayındırıb və qəza baş verib. Belə ki, sürücülərdən biri xanımlara yaxınlaşaraq avtomobilini anidən saxlayıb, elə bu zaman arxadan eyni məqsədlə qızlara doğru gələn ikinci sürücü öndəki avtomobili vurub. Maraqlısı budur ki, qızlar öz əyləncəsini heç pozmadan mahnı oxuyaraq video çəkməyə davam edib. Oğlanlar isə əzilən avtomobillərinin xərcini hesablamaqla məşğul olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.