Pakistanda Çin vətəndaşının olduğu avtomobil partladılıb, ölənlər var

21-08-2021, 07:31           
Pakistanda Çin vətəndaşının olduğu avtomobil partladılıb, ölənlər var
Pakistanın Bəlucistan əyalətinin Qvadar şəhərində Çin vətəndaşını aparan nəqliyyat vasitəsində törədilən partlayış nəticəsində iki nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə yerli hökumətə istinadən “Reuters” agentliyi xəbər verib.

Yerli hakimiyyətin nümayəndəsinin sözlərinə görə, patlayış nəticəsində həlak olanlar uşaqlardır. O, qeyd edib ki, hadisə zamanı daha üç nəfər yaralanıb.

Agentlik bildirib ki, partlayışı terrorçu kamikadze törədib.

Qvadar Belucistanın cənub-qərbindədir. Burada separatçılar fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru