Van Qoqun rəsmlərini oğurlayan narkobaron həbs edilib

21-08-2021, 07:38           
Van Qoqun rəsmlərini oğurlayan narkobaron həbs edilib
Məşhur Niderland rəssamı Van Qoqun iki rəsmini oğurlamaqda şübhəli bilinən italiyalı narkobaron saxlanlıb.

"Report" bu barədə "The Guardian"a istinadən xəbər verir.

Məlumata görə, 2016-cı ildən beynəlxalq axtarışda olan narkobaron Dubayda tutulub.

Saxlanılan şəxs Neapoldakı "Camorra" sindikatının nümayəndəsi Rafael İmperiale İtaliyada ən təhlükəli cinayərtkarlardan hesab olunur. Qeyd edilir ki, 46 yaşlı İmperiale hazirda Dubayda həbsdədir və İtaliya Ədliyyə Nazirliyi onun ekstradisiya proseduru üzərində işləyir.

2002-ci ildə Amsterdam muzeyindən oğurladığı iki məşhur rəsm əsəri narkobaronun doğulduğu Castellammare di Stabia qəsəbəsindəki ferma evindən tapılıb. Bunlar 1882 və 1885-ci illərdə çəkilmiş "Dənizə Baxış" və "Kilsəni tərk edən camaat" əsərləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru