Vulkana baxmaq istəyən turistlər faciəvi şəkildə ölüb

21-08-2021, 12:51           
Vulkana baxmaq istəyən turistlər faciəvi şəkildə ölüb
Rusiyada iki turist faciəvi şəkildə ölüb. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, xilasedicilər Kamçatkada "Klyuçevskaya sopka" vulkanında ölən turistlərin cəsədini təxliyə ediblər.

Bildirilir ki, təxminən 4100-4200 metr yüksəklikdə olan vulkanın zirvəsinə qalxan turistlərdən ikisi buzlaq ərazidən enərkən büdrəyərək yıxılıblar. Avqustun 19 -da ölən turistlərin cəsədləri 3500 metr yüksəklikdə tapılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.