Moskvada mənzildə partlayış olub, ölənlər var

22-08-2021, 02:10           
Moskvada mənzildə partlayış olub, ölənlər var
Rusiya paytaxtının şimal-qərbində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun “Telegram” kanalında məlumat yayılıb. Məlumata görə, ölənlərdən ikisi yeniyetmədir, birinin 14, digərinin isə 12 yaşı var.

İlkin ehtimala görə, mənzildə hələlik növü müəyyən edilməyən partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra binada yanğın, çökmə və ya zədələnmə baş verməyib.

“Ehtimal olunur ki, mənzildə əldə hazırlanmış naməlum qurğu partlayıb, ancaq təlim qumbarası deyil”, - deyə fövqəladə hallar xidmətindəki mənbə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru