Masazırda şirkət əməkdaşı asılmış vəziyyətdə aşkarlandı

22-08-2021, 15:45           
Masazırda şirkət əməkdaşı asılmış vəziyyətdə aşkarlandı
Gecə saatlarında Abşeron rayonunda intihar hadisəsi baş verib.

Hadisə Masazır qəsəbəsində yerləşən qida sənaye şirkətlərindən birində yaşanıb.

Belə ki, şirkət əməkdaşlarından biri, əslən Tərtər rayonundan olan İxtiyar adlı şəxs xidməti otağında özünü asaraq intihar edib.

Onun meyiti səhər saatlarında digər işçilər tərəfindən aşkarlanıb.

Dərhal əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Əldə etdiyimiz məlumata görə, meyit aşkarlanarkən ayaqları döşəmədə olub və meyiti aşkarlayan şəxslər hadisənin qəsdən törədildiyini iddia ediblər.

Hazırda faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.