Taliban Pəncşirin təslim olması üçün vaxt qoydu

23-08-2021, 00:03           
Taliban Pəncşirin təslim olması üçün vaxt qoydu
Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət hissələrinə bölgəni onlara təhvil vermək üçün 4 saat vaxt verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hərəkat üzvləri Əhməd Məsuda (Taliban müqavimətinin lideri) Pəncşir əyalətini Talibanın nəzarətinə keçməsi üçün dörd saat vaxt veriblər.

Talibanın bu əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazır olduğu qeyd edilir.

Eyni zamanda, "Əl Cəzirə” telekanalının məlumatına görə, Taliban yaxın vaxtlarda Məsudla görüşmək üçün bir heyət göndərəcək. Görüş zamanı Pəncşirdəki vəziyyət müzakirə ediləcək və Məsudun irəli sürdüyü tələblərin yerinə yetirilməsinə zəmanət verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru