İspaniyanın bəzi əraziləri fəlakət zonası elan edildi

25-08-2021, 07:59           
İspaniyanın bəzi əraziləri fəlakət zonası elan edildi
İspaniya hökuməti ölkənin 13 muxtar cəmiyyətinin ərazisini fəlakət zonası elan edib.

“RİA Novosti” xəbər verir ki, meşə yanğınlarından ən çox Avila (Kastiliya Leon) əziyyət çəkir. Burada artıq 22 min hektar ərazi külə dönüb.

Bildirilib ki, fəlakət zonası elan edilən bölgələrə hökumət tərəfindən müvafiq şəkildə yardımlar göstəriləcək.

Qeyd olunub ki, İspaniyadakı builiki yanğınların sahəsi ötənilkindən iki dəfə çoxdur. Ölkə üzrə 46 min hektardan çox meşə ərazisi təbii fəlakət nəticəsində məhv olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru