Təyyarə magistral yola eniş etdi, avtomobillə toqquşdu - VİDEO

26-08-2021, 07:39           
Təyyarə magistral yola eniş etdi, avtomobillə toqquşdu - VİDEO
ABŞ-ın San-Dieqo şəhərində kiçik mühərrikli təyyarə ştatlar arası əlaqəni təmin edən əsas magistral yola təcili eniş etmək məcburiyyətində qalıb.

“San Diego Union-Tribune” bu barədə Kaliforniya ştatının yol polisinin nümayəndəsinə və Federal Aviasiya İdarəsinə istinadən məlumat verib.

Belə ki, “Piper” “PA-32” yüngül tək mühərrikli təyyarədə mexaniki problemlər yaşanıb, buna görə pilot təcili eniş etmək məcburiyyətində qalıb.

Təyyarənin pilotu və sərnişinlər xəsarət almasa da, təyyarə ilə toqquşan avtomobillərdəki iki nəfər yüngül xəsarətlər alıb.

Təyyarənin məcburi eniş etməsi nəticəsində magistral yolda tıxac yaranıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.