Bakıda kran aşdı, 1 nəfər öldü

26-08-2021, 15:34           
Bakıda kran aşdı, 1 nəfər öldü
Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı və 99-ZB-989 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi zaman avtomaşın ətalətini itirməklə qoşqunun üzərinə aşıb və avtomaşınla qoşqunun arasında qalıb sıxılmaqla ölüb.

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru