SOCAR benzinin bahalaşmasının səbəbini AÇIQLADI

15-09-2021, 10:02           
SOCAR benzinin bahalaşmasının səbəbini AÇIQLADI
Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır.

Bunu "Report"a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Xatırladaq ki, bu gündən sözügedən yanacaq növlərinin 1 litri müvafiq olaraq 1,9 manata və 1,6 manata satılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.