Lotereyada 24 milyon avro uddu - REKORD

22-01-2022, 18:32           
Lotereyada 24 milyon avro uddu - REKORD
Litva sakini “Eurojackpot” lotereyasında 24 milyon avro udub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı lotereya şirkətinin baş direktorunun müavini Donatas Kazlauskas təsdiqləyib.

“Əsas mükafat 48 milyon avrodan çox olub. Mükafat Almaniya və Litvadan olan qaliblər arasında yarıya bölünüb. Litva vətəndaşının udduğu dəqiq məbləğ 24 000 400,10 avrodur”, deyə Kazlauskas vurğulayıb.

O əlavə edib ki, bu uduş, təkcə Litvada deyil, bütün Baltikyanı ölkələrdə rekordu yeniləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru