Azərbaycan Müdafiə Nazirliyi: Cavab çox sərt olacaq
5-04-2016, 02:07
Bu dəqiqələrdə erməni tərəfi Qarabağda təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoymaqda davam edir.
Bunu virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
«Azərbaycan tərəfinin xəbərdarlığına Ermənistan silahlı qüvvələri yaşayış məntəqələtinə atəş açmaqla cavab verirlər. Neyləməli, cavab çox sərt olacaq», - Dərgahlı belə deyib.