Azərbaycanda dəhşətli hadisə: Bir ailənin 4 üzvü öldürüldü
3-12-2022, 09:17
Beyləqanda bir ailənin 4 üzvü öldürülüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.