Rumıniyada hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirib

25-03-2023, 08:24           
Rumıniyada hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirib
Rumıniyada 1 000-ə yaxın ehtiyatda olan hərbi qulluqçu, polis əməkdaşları, cəzaçəkmə müəssisəsinin işçiləri maaş və pensiyaların artırılması tələbi ilə paytaxt Buxarestdə nazirliklərin binaları qarşısında etiraz aksiyası keçirib.

“Report” “Agerpres” agentliyinə istinadən xəbər verir ki, etiraza həm də parlamentin hazırda müdafiə, hüquq-mühafizə və milli təhlükəsizlik sahələrində pensiyaların azaldılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarması səbəb olub.

Nümayiş hökumətin, Daxili işlər, Əmək, Maliyyə və Ədliyyə nazirliklərinin binaları qarşısında keçirilib. Nümayişçilər əllərində “Biz sizin bacarıqsızlığınızın quluyuq”, “Biz partiyanı yox, ölkəni müdafiə edirik” və “Sizi müdafiə edənlərə xor baxmayın” şüarları yazılmış plakatlar qaldırıblar.

Aksiya Təqaüdçü Hərbi Birlik və Polis və Müqavilə İşçilərinin Milli Birliyi (SNPPC) tərəfindən təşkil olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru