Almaniya kansleri Olaf Şolts Hollandiyanın baş naziri Mark Rutte ilə danışıqlardan sonra Rotterdamda keçirdiyi mətbuat konfransında Ukraynanın Almaniyadan 18 ədəd “Leopard 2A6” tankı aldığını bildirib.
APA-nın xəbərinə görə, bu barədə Almaniya mətbuatı məlumat verib.
"Biz tankları elan edildiyi kimi çatdırdıq" – kansler vurğulayıb.