“Taliban” 30 min dilənçiyə yardım edəcək

29-03-2023, 09:14           
“Taliban” 30 min dilənçiyə yardım edəcək
“Taliban” hakimiyyəti altında Əfqanıstanda yaşayan insanların vəziyyəti kritik həddə çatıb.

“TOLO news” xəbər verir ki, “Taliban” hakimiyyəti altında ağır şəraitdə yaşayan insanlar humanitar təşkilatları yoxsul əfqanlara yardım etməyə çağırıb.

Baş nazirin iqtisadi məsələlər üzrə müavini Molla Abdul Qani Baradar bildirib ki, Kabil küçələrində dilənçiliklə məşğul olan 30,500 insana Ramazan ayında yardım göstəriləcək. İlk mərhələdə təxminən 1600 dilənçi yardım alıb.

Kabilin qaçqınlar şöbəsinin rəhbəri Abdul Mateen Rahimzai deyib ki, İslam Əmirliyi bütün insanların ayaq üstə durmalarına kömək etməyə çalışır və bundan sonra heç kim dilənməyə məcbur edilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru