Ukrayna hücuma keçəcəyi vaxtı açıqladı

30-03-2023, 11:54           
Ukrayna hücuma keçəcəyi vaxtı açıqladı
Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin aprel və may aylarında bir neçə istiqamətdə hücuma keçə biləcəyini açıqlayıb.

Nazir bu haqda Estoniyanın İctimai Yayım (ERR) televiziyasına müsahibə verən zaman danışıb.

“Hücum bir neçə istiqamətdə planlaşdırılır. Bu, ən uyğun anın nə vaxt olacağına və necə qərar verəcəklərinə bağlıdır”.

Hücumun həm də hava şəraitindən asılı olduğunu deyən Reznikov, “Yazda yer çox nəm olur. Yalnız izlənən avtomobillərdən istifadə edilə bilər. Düşünürəm ki, aprel və may aylarında bunu görəcəyik. Əminəm ki, biz Kiyevdə, Çerniqovda, Sumidə, Xarkovda, Xersonda olduğu kimi, müvəqqəti işğal olunmuş torpaqlarımızı da azad edəcəyik”, - deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru