Arvadını və oğlunu öldürüb intihar etdi - FOTO

16-05-2023, 18:19           
Arvadını və oğlunu öldürüb intihar etdi - FOTO
"Ölkə.Az" xəbər verir ki, hadisə İstanbulda baş verib. Məlumata görə 51 yaşlı İnan Taşçı ondan boşanmaq istəyən 39 yaşlı həyat yoldaşı Gülay Taşçı ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı kişi arvadını və 19 yaşlı oğlunu tapança ilə vuraraq qətlə yetirib. Daha sonra qohumlarına zəng edərək həyat yoldaşını və oğlunu öldürdüyünü bildirib və həmin silahla özünə atəş açıb.

Hadisə yerində gələn polis əməkdaşları müayinə zamanı ana ilə oğlunun öldüyünü müəyyən ediblər. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan İnan Taşçı həkimlərin səylərinə baxmayaraq orada dünyasını dəyişib.

Qohumalrının sözlərinə görə ərlə arvad arasında boşanmaya və mübahisəyə səbəb kişinin qumar borcu olduğu deyilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru